Balakən rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 924,9 kv.km
Əhalisi: 92,1 min nəfər
Mərkəzi: Balakən şəhəri
1-8 noyabr tarixlərində Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Balakən-Zaqatala magistral yolunun kənarında (Qazbinə və Katex kəndlərinin ərazisi - 17 km) 2900 ədəd Eldar şamı və 220 ədəd Sərv ağacı, Atatürk prospektində (0,2 km) 30 ədəd Eldar şamı, Heydər Əliyev adına parkın ərazisində isə 350 ədəd Eldar şamı olmaqla ümumilikdə 3500 ədəd ağac əkilmişdir.
20-30 mart tarixlərində Balakən rayonu ərazisində “I Ümumrespublika Yaşıllaşdırma marafonu" çərçivəsində 9003 ağac əkilmişdir.