Astara rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 616,4 kv.km
Əhalisi: 99,8 min nəfər
Mərkəzi: Astara şəhəri
7 noyabr tarixinə qədər Astara rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən ağacəkmə aksiyaları zamanı Xəzər dənizi sahilində yeni salınan Park-bulvar ərazisində, Astara şəhəri Gənclər küçəsində, Astara-Qamışovka avtomobil yolunun ətrafında 2500-ə yaxın müxtəlif növlü ağac əkilmişdir. Bu marafonda rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, Meşə mühafizəsi və bərpası müəssisəsi, Suvarma Sistemləri idarəsi, Baytarlıq idarəsi, 52 saylı Yol istismar şöbəsi, Torpaq və Xəritəçəkmə şöbəsi, Qaz İstismar sahəsi və digər idarələrin kollektivləri yaxından iştirak etməklə ümumilikdə 350 çinar, 300 kiparis, 200 Eldar şamı, 1500 akasiya, 40 dəmirağac, 30 palıd ağacı əkilmişdir.
1-12 mart tarixində Astara rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən ağacəkmə aksiyaları zamanı 130-u çinar, 360-ı kiparis, 1200-ü sitrus, 210-u akasiya, 250-i meyvə və 350-i digər növlərdən olmaqla ümumilikdə 2500 ədəd ağac əkilmişdir.