Xocalı rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 996,6 kv.km
Əhalisi: 26,7 min nəfər
Mərkəzi: Xocalı şəhəri
I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsindəki Heydər Əliyev Parkı, Xocalı rayon 58 saylı YİMMC, Aşağı Ağcakənd qəsəbəsi, Yuxarı Ağcakənd qəsəbəsi, Meşəli kəndi, Börü qəsəbəsi, bəzi idarə, müəssisə və təşkilatların həyətyanı sahələrində çinar, kiparis, Eldar şamı, sərv, liandra, Amerikan tuya, alma, armud, gavalı, albalı, ərik cinslərindən olmaqla 870 ədəd ağac əkilmişdir. Marafon çərçivəsində oktyabr - noyabr ayları ərzində ümumilikdə 12337 ədəd ağac əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Xocalı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə 10 mart 2015-ci il tarixindən 10 aprel 2015-ci il tarixinə qədər ümumilikdə 13334 ədəd ağac əkilmişdir.