Cəlilabad rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 1441,4 kv.km
Əhalisi: 198,8 min nəfər
Mərkəzi: Cəlilabad şəhəri
7 noyabr tarixində I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Cəlilabad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyası zamanı Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad şəhər ərazisindən keçən hissəsində (143-150 km) 500 ədəd Çin göyrüşü əkilmişdir.
8-11 noyabr tarixlərində I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Cəlilabad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad şəhər ərazisindən keçən hissəsində (143-150 km) 1100 ədəd Çin göyrüşü əkilmişdir.
12 noyabr tarixində I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Cəlilabad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Ələt-Astara magistral avtomobil yolunun Qarazəncir kənd ərazisindən keçən hissəsində (126-130 km) 600 ədəd Çin göyrüşü əkilmişdir.
15 noyabr tarixində I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Cəlilabad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Ələt-Astara magistral avtomobil yolunun Alar kənd ərazisindən keçən hissəsində (126-137 km) 600 ədəd Çin göyrüşü əkilmişdir.
16-19 noyabr tarixlərində I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Cəlilabad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Ələt-Astara magistral avtomobil yolunun Alar kənd ərazisindən (126-137 km) və Cəlilabad şəhər ərazisindən keçən hissəsində (143-150 km) 500 ədədi ağcaqayın, 1000 ədədi Çin göyrüşü olmaqla ümumilikdə 1500 ədəd ağac əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Cəlilabad rayonu ərazisində 11 mart 2015-ci il tarixindən 5 aprel 2015-ci il tarixinə qədər 9750 ədəd göyrüş ağacı əkilmişdir.