Siyəzən rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 693,4 kv.km
Əhalisi: 38,9 min nəfər
Mərkəzi: Siyəzən şəhəri
5-28 noyabr tarixlərində I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Siyəzən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Siyəzən şəhərinin küçə, meydan və parklarında, həmçinin şəhərin şimal girişindən “Bakı-Rusiya Federasiyası ilə Dövlət Sərhədi” avtomobil yolunadək uzanan magistral yolun hər iki tərəfində küknar, Eldar şamı, sərv, tuya, elemus və digər cinslərdən olmaqla 4100 ədəd ağac əkilmişdir. Bu məqsədlə noyabr ayında 3 dəfə ümumrayon iməcliyi təşkil edilmişdir. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə keçirilən iməcliklərdə şəhər əhalisi fəal iştirak etmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Siyəzən rayonu ərazisində 11 mart 2015-ci il tarixindən 20 aprel 2015-ci il tarixinə qədər Çinar, zeytun, Eldar şamı, sərv, göyrüş, küknar, tuya, lüqustr və digər ağac növlərindən olmaqla ümumilikdə 6360 ədəd ağac əkilmişdir.