İmişli rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 2046,3 kv.km
Əhalisi: 118,6 min nəfər
Mərkəzi: İmişli şəhəri
8 noyabr tarixinə qədər İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən ağacəkmə aksiyaları zamanı Horadiz şəhər Dəmir yol vağzalının ətrafına, Horadiz-Əhmədalılar kəndi istiqamətində yol kənarlarına, Horadiz şəhəri Arxüstü məhəlləsi ətrafına çinar, sərv, küknar cinslərindən olmaqla ümumilikdə 1880 ədəd ağac əkilmişdir.
18 noyabr tarixində İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən ağacəkmə aksiyası zamanı İmişli-Kürdəmir magistral avtomobil yolunun kənarına, İmişli-Bəhrəmtəpə yolunun kənarına, İmişlinin prospekt və küçələrinə ümumilikdə 7200 ədəd ağac əkilmişdir.
18 mart tarixində "Yaşıl Marafon" çərçivəsində İmişli şəhərinin mərkəzi küçələrində 50-i çinar, 50-i kiparis, 50-i küknar, 150-i göyüş olmaqla 300 ədəd ağac əkilmişdir.
4 aprel tarixində "Yaşıl Marafon" çərçivəsində İmişli şəhərinin mərkəzi küçələrində 250-i çinar, 250-i kiparis, 500-ü küknar, 500-ü göyüş və 500-ü meyvə ağacları olmaqla 2000 ədəd ağac əkilmişdir.