Xaçmaz rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 1170,9 kv.km
Əhalisi: 164,5 min nəfər
Mərkəzi: Xaçmaz şəhəri
11-17 noyabr tarixlərində Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Xaçmaz rayonu Qalağan, Uzunoba, Qusarçay, Dədəli, Yergüc və Çarxı kəndlərinin ərazisində 530 ədəd akasiya, 657 ədəd qovaq, 430 ədəd dəndə, 50 ədəd çinar, 50 ədəd söyüd, 37 ədəd palıd ağacı olmaqla ümumilikdə 1754 ədəd ağac əkilmişdir.
18, 19, 24, 25 noyabr tarixlərində Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Xaçmaz rayonu Dədəli, Susayqışlaq, Pirquluoba, Nərəcan, Əhmədoba, Alekseyevka, Ləcət kəndlərinin ərazisində 1500 ədəd ağac əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Xaçmaz rayonu ərazisində 11 mart 2015-ci il tarixindən 30 aprel 2015-ci il tarixinə qədər Çinar, zeytun, Eldar şamı, sərv, göyrüş, akasiya, ağcaqayın və digər ağac növlərindən olmaqla ümumilikdə 9600 ədəd ağac əkilmişdir.