Biləsuvar rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 1384,8 kv.km
Əhalisi: 92,3 min nəfər
Mərkəzi: Biləsuvar şəhəri
13 noyabr tarixində I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyası zamanı 3500 ədəd çinar və zeytun ağacları əkilmiş, əraziyə gübrələr verilmiş və mövcud ağaclar suvarılmışdır. Aksiyada 1000 nəfər iştirak etmişdir.
15-19 noyabr tarixlərində I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyası zamanı 45500 ədəd ədəd çinar və zeytun ağacları əkilmiş, əraziyə gübrələr verilmiş və mövcud ağaclar suvarılmışdır. Ağacəkmə aksiyasında rayonun, idarə, müəssisə, təşkilatların kollektivlər və rayon sakinləri olmaqla 300 nəfər iştirak etmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Biləsuvar rayonu ərazisində 29 mart 2015-ci il tarixindən 31 mart 2015-ci il tarixinə qədər 2500 ədəd çinar və digər ağaclar əkilmişdir.