Zəngilan rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 725,5 kv.km
Əhalisi: 40,8 min nəfər
Mərkəzi: Zəngilan şəhəri
5-18 noyabr tarixlərində I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Zəngilan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Zəngilan rayonu Mədəniyyət və Turizm şöbəsi üzrə və Zəngilan rayonu 11 nömrəli tam orta məktəbi üzrə Abşeron rayonu, Masazır qəsəbəsi, Məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində 100 ədəd və Sumqayıt şəhəri, Tibb Texnikumunun tədris binasında 88 ədəd ağac əkilmişdir.
19 noyabr tarixində I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Zəngilan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Zəngilan rayonu “Şəfəq” körpələr evi-uşaq bağçası üzrə və Zəngilan rayonu 5 nömrəli tam orta məktəb üzrə Sumqayıt şəhəri, 18-ci məhəllədə 45 ədəd, Abşeron rayonu, Masazır qəsəbəsi, Məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində 105 ədəd ağac əkilmişdir.
21-26 noyabr tarixlərində I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Zəngilan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Zəngilan mərkəzi rayon xəstəxanasının nəzdindəki tibb məntəqəsi üzrə Abşeron rayonu, Masazır qəsəbəsi, Məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində 110 ədəd ağac əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Zəngilan rayon icra hakimiyyətinin təşkilatçlığı ilə 10 mart 2015-ci il tarixindən 08 aprel 2015-ci il tarixinə qədər 900 ədəd ağac əkilmişdir.