Qubadlı rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 798,1 kv.km
Əhalisi: 37,0 min nəfər
Mərkəzi: Qubadlı şəhəri
11 noyabr tarixlərinə qədər Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Qubadlı rayonunun idarə, müəssisə, təşkilat və məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə, Qubadlı RİH binası və İnzibatı ərazi dairələri üzrə binanın həyəti və ətrafı, Qubadlı rayon Təhsil və Maliyyə şöbələrinin həyətində ümumilikdə 715 ədəd müxtəlif növdə ağaclar əkilmişdir.
13 noyabr tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən ağacəkmə aksiyası zamanı Qubadlı rayon Təhsil və Maliyyə şöbələrinin həyətində 57 ədəd müxtəlif növdə ağaclar əkilmişdir.
20-21 noyabr tarixlərində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Qubadlı rayon İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbin həyətində 54 ədəd müxtəlif növdə ağaclar əkilmişdir.
27 noyabr tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən ağacəkmə aksiyası zamanı Qubadlı rayon Qaralar kənd tam orta məktəbin həyətində 20 ədəd müxtəlif növdə ağaclar əkilmişdir.
13 mart 2015-ci il tarixində "Yaşıl Marafon" çərçivəsində Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, Rayon İcra Hakimiyyətinin binası və İnzibatı ərazi dairələri üzrə binanın həyəti və ətrafı, Bakı şəhəri Qaralar kənd tam orta məktəbinin həyəti, Qaradağ rayonu, Müşiviq qəsəbəsi, T.Müskanlı adına kənd tam orta məktəbi, Sumqayıt şəhəri Qubadlı şəhəri 1 saylı orta məktəbinin ərazisində və digər ərazilərdə 146 ədəd çinar, zeytun, eldar şamı, qaraağac, küknar, sərv kimi ağaclar əkilmişdir.
14 mart - 23 aprel 2015-ci il tarixlərində "Yaşıl Marafon" çərçivəsində Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xıdırlı, Mərdanlı kənd tam orta məktəbinin həyəti, Binəqədi rayon Muradxanlı və Xanlıq kənd 1 saylı tam orta məktəbinin həyəti, Abşeron rayonu, Qəzyan və Xanlıq kənd 3 saylı tam orta məktəblərinin həyətyani ərazilərində və digər yerlərdə 729 ədəd çinar, zeytun, eldar şamı, qaraağac, küknar, sərv kimi ağaclar əkilmişdir.