Masallı rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 721, 0 kv.km
Əhalisi: 205,8 min nəfər
Mərkəzi: Masallı şəhəri
7-8 noyabr tarixlərində I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Masallı şəhərində Viləş çayının sahilində və Masallı-Yardımlı yolu istiqamətində 4000 ədəd müxtəlif növlü ağaclar əkilmişdir
11-13 noyabr tarixlərində I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Masallı şəhəri Ərkivan qəsəbəsində, Bakı-Astara magistral yolunun 234 km və Zərifə Əliyeva küçəsində 3000 ədəd müxtəlif növlü ağaclar əkilmişdir.
14-15 noyabr tarixlərində I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Masallı rayonunun Viləş çayının Musaküçə kəndindən keçən hissəsində sahil boyunca 2000 ədəd müxtəlif növlü ağaclar əkilmişdir.
18-20 noyabr tarixlərində I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Masallı rayonunun Viləş çayının Musaküçə kəndindən keçən hissəsində sahil boyunca və Masallı-Yardımlı yolunun 2-5-ci və 8-ci km-də 3000 ədəd müxtəlif növlü ağaclar əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Masallı rayonu ərazisində 4 aprel 2015-ci il tarixindən 20 aprel 2015-ci il tarixinə qədər çinar, küknar, əzgil, gül kolları və digər ağac növlərindən olmaqla ümumilikdə 10300 ədəd ağac əkilmişdir.