Yardımlı rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 667,2 kv.km
Əhalisi: 60,6
Mərkəzi: Yardımlı şəhəri
2-18 noyabr tarixlərində Yardımlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Heydər Əliyev parkı, Gənclər parkı, Mədəniyyət və İstirahət parkı, Heydər Əliyev küçəsi boyunca, Urakəran, Zevin, Avaş, Pirembel kənd İƏD üzrə nümayəndəliyinin inzibati binası qarşısında, Yardımlı-Masallı magistral yolun 44-45-ci km-də çinar, göyrüş, Eldar şamı, akasiya və dekorativ ağaclar olmaqla ümumilikdə 4280 ədəd ağac əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Yardımlı rayonu ərazisində 10 mart 2015-ci il tarixindən 16 mart 2015-ci il tarixinə qədər Çinar, zeytun, Eldar şamı, Sərv, Göyrüş, Akasiya, Ağcaqayın və digər ağac növlərindən olmaqla ümumilikdə 3640 ədəd ağac əkilmişdir.