Cəbrayıl rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 1212,7 kv.km
Əhalisi: 73,3 min nəfər
Mərkəzi: Cəbrayıl şəhəri
5-28 noyabr tarixlərində I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən gündəlik ağacəkmə aksiyaları Biləsuvar rayonu ərazisindəki qəsəbələr, qəsəbələri birləşdirən magistral yolun kənarı 0.5 km, qəsəbələrə giriş yolunun kənarında (1 km) çinar, kiparis, söyüd, palma, qarağac, lügüstr, küknar, Eldar şamı, sərv, tuya, ağcaqayın və digər cinslərdən olmaqla ümumilikdə 2205 ədəd ağac əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Cəbrayıl rayonu ərazisində 31 mart 2015-ci il tarixindən 13 aprel 2015-ci il tarixinə qədər söyüd, ağcaqayın, qovaq və digər ağac növlərindən olmaqla ümumilikdə 570 ədəd ağac əkilmişdir.