Laçın rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 1304,7 kv.km
Əhalisi: 71,2 min nəfər
Mərkəzi: Laçın şəhəri
5-11 noyabr tarixlərində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində (Heydər Parkı, Gənclər Parkı, Laçın rayonunun idarə, müəssisə və təşkilatlarının həyətləri) çinar, zeytun, Eldar şamı, qarağac, nar, akasiya cinslərindən olmaqla ümumilikdə 545 ədəd ağac əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Laçın rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 4 aprel 2015-ci il tarixində ümumilikdə 450 ədəd ağac əkilmişdir.