Ağstafa rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 1623,7 kv.km
Əhalisi: 82,0 min nəfər
Mərkəzi: Ağstafa şəhəri
6 noyabr tarixində Ağstafa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Bakı-Qazax yolunun 458-ci km-də və rayonun Sadıqlı meşə massivi ərazisində ümumilikdə 500 ədəd ağac əkilmiş, mövcud yaşıllıqlara xüsusi quluq göstərilmişdir.
8 noyabr tarixində Ağstafa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Bakı-Qazax avtomobil magistralının 456 - 457 ci km-liyində 500 ədəd ağac əkilmiş, mövcud yaşıllıqlara xüsusi quluq göstərilmişdir.
15 noyabr tarixində Ağstafa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə aksiyaları keçirilmişdir. Ağstafa şəhəri Hüseyn Arif küçəsi 210 ədəd, yenidən qurulan Rəfail Əsədov küçəsində 140 ədəd yeni ağac əkilmişdir. Rayon ərazisində yerləşən Sadıqlı meşə massivinə isə 1000 ədəd ağac əkilmişdir.
22 noyabr tarixində Ağstafa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə aksiyaları keçirilmişdir. Bakı-Qazax avtomobil yolunun 460-cı kilometrliyində 250 ədəd, Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolunun 2-3-cü km-liyində 450 ədəd, Sadıqlı meşə massivində 4400 ədəd, Köhnəqışlaq meşə massivində 400 ədəd olmaqla ümumilikdə 5500 ədəd ağac əkilmişdir.
29 noyabr tarixində Ağstafa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə aksiyaları keçirilmişdir. Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolunun 2-ci km-liyində 400 ədəd, rayonun ekoloji durumu üçün mühüm əhəmiyyət kəsb edən Sadıqlı meşə massivində 1600 ədəd olmaqla ümumilikdə 2000 ədəd ağac əkilmişdir.
2015-ci ilin mart ayı ərzində I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Ağstafa rayonu ərazisində çinar, kiparis, qaraağac, sərv, akasiya, göyrüş, eldar şamı və digər növlərdən olmaqla ümumilikdə 25600 ədəd ağac əkilmişdir.