Mingəçevir şəhəri 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 1548,9 kv.km
Əhalisi: 213,2 min nəfər
1-8 noyabr tarixlərində Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Mingəçevir şəhər ərazisində ağac əkmə işləri həyata keçirilmiş və 490 çinar, 30 zeytun, 40 kiparis, 40 Eldar şamı, 555 sərv olmaqla ümumilikdə 1155 ədəd ağac əkilmişdir.
8-15 noyabr tarixlərində Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Mingəçevir şəhər ərazisindəki prospekt, küçə, yaşayış massivləri və Gəncə şossesində (10 km) ağac əkmə işləri həyata keçirilmiş və 2200 ədəd ağac əkilmişdir.
18-21 noyabr tarixlərində Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Mingəçevir şəhər ərazisindəki prospekt, küçə, yaşayış massivləri və Gəncə şossesində (10 km) ağac əkmə işləri həyata keçirilmiş və Çinar, Zeytun, Kiparis, Eldar şamı, Sərv cinslərindən olmaqla ümumilikdə 900 ədəd ağac əkilmişdir.
27 noyabr tarixində Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Mingəçevir şəhər ərazisindəki prospekt, küçə, yaşayış massivləri və Gəncə şossesində (10 km) ağac əkmə işləri həyata keçirilmiş və 200 ədəd sərv ağacı əkilmişdir.
12-31 mart, 2015-ci il tarixlərində I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Mingəçevir şəhərində çinar, zeytun, kiparis, sərv, küknar, eldar şamı və digər növlərdən olmaqla ümumilikdə 5110 ədəd ağac əkilmişdir.
1-4 aprel 2015-ci il tarixlərində I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Mingəçevir şəhərində çinar, zeytun, kiparis, sərv, küknar, eldar şamı və digər növlərdən olmaqla ümumilikdə 4500 ədəd ağac əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Mingəçevir şəhəri ərazisində 6 aprel 2015-ci il tarixindən 18 aprel 2015-ci il tarixinə qədər Çinar, zeytun, Eldar şamı, sərv, göyrüş, akasiya, ağcaqayın və digər ağac növlərindən olmaqla ümumilikdə 5700 ədəd ağac əkilmişdir.