Şuşa rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 113,0 kv.km
Əhalisi: 30,3 min nəfər
Mərkəzi: Şuşa şəhəri
11-30 noyabr tarixlərində Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən ağacəkmə aksiyalarında Sabunçu rayonu “Gilavar”, “Qızılqum” və Xəzər rayonu “Energetika” sanatoriyası, Ramana qəsəbəsi (450), Ağdam rayonu Quzanlı, Zəngişalı, Bərdə rayonu Şirvanlı, Qəbələ rayonu Zarağan və Cəlilabad rayonu Uzuntəpə kəndləri, Xırdalan şəhəri, Kürdəmir rayonu 23 saylı və Ağdam rayonu Mirzələr qış yatağının ərazisi, Xəzər rayonu “Şahin” və “Raketa” Pioner düşərgəsinin ərazisində ümumilikdə 9264 ədəd ağac əkilmişdir. Ramana qəsəbəsi (450), “Gilavar” sanatoriyası, Ağdam rayonu Quzanlı, Zəngişalı, Qəbələ rayonu Zarağan, Bərdə rayonu Şirvanlı kəndləri, Ağdamın Mirzələr və Kürdəmir rayonu 23 saylı qış yatağının ərazisində yaşayan məcburi köçkünlərimiz daha fəal olmuşlar.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Şuşa rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 11 mart 2015-ci il tarixindən 23 aprel 2015-ci il tarixinə qədər Çinar, zeytun, Eldar şamı, sərv, göyrüş, küknar və digər ağac növlərindən olmaqla ümumilikdə 8767 ədəd ağac əkilmişdir.