Gədəbəy rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 1040,0 kv.km
Əhalisi: 95,4 min nəfər
Mərkəzi: Gədəbəy şəhəri
17 noyabr tarixində Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Gədəbəy-Slavyanka yolunun kənarına 200-ü Çinar, 480-i Eldar şamı, 520-si Akasya, 340-ı Ağcaqayın, 300-ü isə Cökə olmaqla, ümumilikdə 1840 ədəd ağac əkilmişdir.
18-30 noyabr tarixində Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Gədəbəy rayonunun 3.6 km.-liyində 200 ədədi Çinar, 200 ədədi Eldar şamı, 1000 ədədi Akasya, 1000 ədədi Ağcaqayın, 1000 ədədi Çökə, 973 ədədi Göyrüş, 1000 ədədi Qovaq olmaqla, ümumilikdə 5373 ədəd ağac əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Gədəbəy rayonu ərazisində 11 mart 2015-ci il tarixindən 30 aprel 2015-ci il tarixinə qədər Çinar, zeytun, Eldar şamı, sərv, göyrüş, akasiya, ağcaqayın və digər ağac növlərindən olmaqla ümumilikdə 7900 ədəd ağac əkilmişdir.