Şəki rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 2479,3 kv.km
Əhalisi: 175,7 min nəfər
Mərkəzi: Şəki şəhəri
5-7 noyabr tarixlərində Şəki Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Yevlax-Zaqatala avtomobil yolunun Şəki rayonundan keçən hissəsinə (4km), Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonundan keçən hissəsinə (2 km), Şəki-Qax istiqamətində avtomobil yolunun kənarlarına (4km), şəhərin park və meydanlarına, məktəbyanı sahələrə Çinar, Eldar şamı, Qarağac, Küknar, Sərv, Göyrüş, Yasəmən, Ağcaqayın, Ərik, Alma, Qoz cinsindən olmaqla ümumilikdə 4750 ədəd ağac əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Şəki rayonunda 11 mart 2015-ci il tarixdən 22 mart 2015-ci il tarixədək Sərv, küknar, akasiya, çinar, cökə, Eldar şamı ağacları olmaqla 7070 ədəd ağac əkilmişdir.