Daşkəsən rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 680,7 kv.km
Əhalisi: 33,3 min nəfər
Mərkəzi: Daşkəsən şəhəri
11 noyabr tarixinə qədər Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Gəncə-Daşkəsən-Xoşbulaq magistral yolunun kənarında təyin olunan sahələrdə ərazinin relyefi nəzərə alınaraq 1000 ədəd şam ağacı əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Daşkəsən rayonu ərazisində 11 mart 2015-ci il tarixindən 17 mart 2015-ci il tarixinə qədər Çinar, zeytun, Eldar şamı, sərv, göyrüş, akasiya, ağcaqayın və digər ağac növlərindən olmaqla ümumilikdə 120 ədəd ağac əkilmişdir.