Tərtər rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 960,0 kv.km
Əhalisi: 101,768 min nəfər
Mərkəzi: Tərtər şəhəri
5-28 noyabr tarixlərində Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən gündəlik ağacəkmə aksiyaları zamanı Tərtər şəhərinin ərazisində, Tərtər - Bərdə yolunun 10 km-də, Tərtər-Ağdam yolunun 8 km-də, Tərtər-Goranboy yolunun 3 km-də və kənd yaşayış məntəqələrində 1300 çinar, 100 zeytun, 1600 kiparis, 2780 Eldar şamı, 410 küknar, 1500 sərv, 500 nar, 150 liandra, 150 göyrüş, 190 alma, 400 ərik ağacı olmaqla ümumilikdə 9080 ağac əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Tərtər rayonunda 11 mart 2015-ci il tarixdən 31 mart 2015-ci il tarixədək Çinar, Zeytun, Eldar şamı, Sərv, Göyrüş və digər ağac növləri olmaqla 7010 ədəd ağac əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Tərtər rayonunda 8 aprel 2015-ci il tarixdən 30 aprel 2015-ci il tarixədək Çinar, Zeytun, Eldar şamı, Sərv, Göyrüş və digər ağac növləri olmaqla 9990 ədəd ağac əkilmişdir.