Qax rayonu 5 noyabr 2014-cü il tarixindən start verilən I Ümumrespublika Yaşıllaşdırma Marafonuna qoşulmuşdur.
Ərazisi: 1493,8 kv.km
Əhalisi: 54,1 min nəfər
Mərkəzi: Qax şəhəri
15 noyabr tarixində Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində keçirilən ağacəkmə aksiyası zamanı Şəki-Zaqatala-Qax yolunun Qax rayonundan keçən hissəsində Xan çinarı və Sərv cinslərindən olmaqla ümumilikdə 2000 ədəd ağac əkilmişdir.
I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Cəbrayıl rayonu ərazisində 10 mart 2015-ci il tarixindən 31 mart 2015-ci il tarixinə qədər çinar, sərv, akasiya, Qoz, fındıq, şabalıq, badam və digər ağac növlərindən olmaqla ümumilikdə 6700 ədəd ağac əkilmişdir.